...

Avropa Komissiyasının rəhbəri zəif dolları dünya iqtisadiyyatının problemi adlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2007 18:08 (UTC +04:00)
Avropa Komissiyasının rəhbəri zəif dolları dünya iqtisadiyyatının problemi adlandırıb

Azərbaycan, Bakı / Trend Avropa komissiyasının rəhbəri Joze Manuel Barrzou (Jose Manuel Barroso), artan avronun Avropa iqtisadiyyatının möhkəmlənməsini əks etdiyi vaxtda, zəif dolları dünya iqtisadiyyatının problemi adlandırıb. Bu barədə AFP agentliyi məlumat verib. Noyabrın 26 - da Beynəlxalq bazarda dolların avroya nisbətən kursu 1.4865 nişanında dayanıb. Bunula yanaşı, həmin günün səhəri avro rayonda 1.4831 dollara qiymətləndirilirdi.Bu isə, noyabrın 23 - də səhər göstəricisindən 1 sent aşağıdır. Amerika valyutasının zəifləməsi neftin qiymətinin qalxmasına səbəb oldu. Associated Press - in məlumatında verilib ki, noyabrın 26 - da bir barrel neftin qiyməti ikinci dəfə 99 dollar nişanına qalxıb. Nyu - York əmtəə birjası NYMEX - də neftin tədarükü üzrə yanvar müqaviləsinin qiyməti 13 sent qalxaraq, bir barrelə görə 99.11 sentə çatıb. Xəbər verildiyi kimi, noyabrın 21 - də dünya maliyyə bazarlarında iki rekord qeydə alınıb. Neftin qiyməti, demək olar ki, 100 dollaradək qalxdığı vaxtda, dollar öz tarixi minimumuna enib və öz tarixinda ilk dəfə olaraq, 1.48 avrodan da aşağı düşüb. Noyabrın 23 - də məlum oldu ki, dolların zəifləməsi Airbus aviatikinti korporasiyasının mövcudluğunu təhlükə altına qoyub. Korporasiyanın Baş direktoru Tom Enders (Tom Enders) bildirib ki, valyuta bazarındakı vəziyyətə görə, şirkət, ola bilsin ki, planlaşdırılan investisiyaların həcmini, həmçinin, işçilərin sayını yenidən azaltsın. Bundan əlavə, möhkəmlənmiş avroya qarşı, Avropanın 20 mln. şirkətinin daxil olduğu Avropa sahibkarlarının Birliyi - BusinessEurope çıxış edir. Bahalı avro ixracatçılara, öz mallarını sərfəli qiymətlərlə satmaqda mane olur.

Xəbər lenti

Xəbər lenti