...

Azərbaycan Milli Bankı ləğv edilən köhnə əskinasların sayını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2007 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ " TrendCap " müxbir Ü.İsmayılova/ Azərbaycan Milli Bankı 2006-cı ildəki denominasiya prosesindən sonra 30 mln. köhnə pul əskinası ləğv edib. Bu barədə bazar ertəsi Azərbaycan Milli Bankının sədri Elman Rüstəmov məlumat verib. Rüstəmovun sözlərinə görə, ləğv edilməyən 50 mlrd. köhnə manat qalıb (10 mln. yeni). O, bu prosesin hələ davam etdiyini bildirib. Yeni Azərbaycan manatı denominasiyadan sonra 5000 min köhnə manata bərabər tutulub. Ümumilikdə Milli Bank 6 nominalda -1, 5, 10, 20, 50, 100 manatlıq 250 mln. yeni əskinas və 1, 3, 5, 10, 20, 50 qəpik dəyərində 150 mln. metal sikkə sifariş verib.

Xəbər lenti

Xəbər lenti