...

BMK Azərbaycanın ipoteka bazarının inkişafı üçün proqram hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda (İlkin və təkrar) ipoteka bazarının inkişafı üzrə geniş proqramın hazırlanmasına başlayıb. Bu barədə çərşənbə axşamı BMK-nın Azərbaycan üüzrə nümayəndəsi Aliyə Əzimova məlumat verib.

"Düşünürəm ki, 2008-ci ilin yanvarında Korporasiya Azərbaycanda mənzil təminatına texniki yardımın östərilməsi və maliyyələşdirilməsi dair plnlarını açıqlayacaq" - deyə Əzimova bildirib.

Proqram çərçivəsində? Azərbaycan bankları vasitəsilə ipoteka kreditləşməsi nəzərdə tutulub. BMK-dan ipoteka kreditləşməsi üzrə kredit əldə etmək imkanını iki-üç Azərbaycan bankı əldə edəcək.

Xəbər lenti

Xəbər lenti