...

İqtisadi Araşdırmalar Mərkəzi Azərbaycanda infilyasiyanın səviyyəsinə dair öz hesablamalarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 14:45 (UTC +04:00)
İqtisadi Araşdırmalar Mərkəzi Azərbaycanda infilyasiyanın səviyyəsinə dair öz hesablamalarını açıqlayıb

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Azərbaycanda yanvar-noyabr ayları ərzində infilyasiyanın orta səviyyəsi 25,65% təşkil edib, Bakıda bu göstərici 26,48%, ölkənin regionlarında isə 24,60% təşkil edib. Bu barədə cümə axşamı keçirilən mətbuat-konfransında İqtisadi Araşdırmalar Mərkəzi QHT-nin rəhbəri Qubad İbadoğlu məlumat verib.

İbadoğlunun sözlərinə görə, 11 ay ərzində ərzaq məhsullarına olan istehlak qiymətlərinin artımı 24,31% (Bakıda 24, 66%, regionlarda 23,88%), qeyri-ərzaq məhsullarına olan islehlak qiymətlərinin artımı 19,09% təşkil edib (Bakıda 20,45%, regionlarda 17, 34%), xidmətlərin qiymətindəki artım isə 37,56% təşkil edib (Bakıda 39%, regionlarda 35,73%).

İbadoğlunun sözlərinə görə, noyabr ayı ərzində infilyasiyanın səviyyəsi 3,50% (Bakıda 3,68%, regionlarda 3,28%), ərzaq məhsulları üzrə bu göstərici 4,85% (Bakıda 5,03%, regionlarda 4,61%), qeyri-ərzaq məhsulları üzrə 2,68% (Bakıda 2,99%, regionlarda 2,3%) , xidmətlər üzrə 0,97% (Bakıda 0,95%, regionlarda 0,98%) təşkil edib.

Xəbər lenti

Xəbər lenti