...

Azərbaycan və Koreya anlaşma memorandumu imzlayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilir ki, Koreya Respublikasının Sənaye Kompleksi Korporasiyası və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında sənaye əməkdaşlığı sahəsində Anlaşma Memorandumu imzalanıb. Sənədi İqtisadi İnkişaf naziri Heydər Babayev və Koreya Sənaye Kompleksi Korporasiyasının prezidenti Çil Doo Kim imzalayıblar.

Sənədə əsasən, tərəflər sənaye komplekslərinin və iqtisadi zonaların inkişafı, idarə edilməsi və fəaliyyəti, bu sahədə təcrübə mübadiləsi, sahibkarlığın dəstəklənməsi, əməkdaşlıq məsələlərinin müzakirəsi üçün birgə konfransların, seminarların, dəyirmi masaların təşkil edilməsi sahələrində əməkdaşlıq edəcəklər.

Xəbər lenti

Xəbər lenti