...

Azərbaycan prezidenti Bakıda yeni avtomobil körpüsünün açılış mərasimində iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2007 11:21 (UTC +04:00)
Azərbaycan prezidenti Bakıda yeni avtomobil körpüsünün açılış mərasimində iştirak edib

Azərbaycan, Bakı / Trend , A.İsmaylova, S.Əliyev/ Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Bakının üçüncü mikrorayonunda yeni körpü istismara verilib.

Şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi proqramı çərçivəsində Bakıda inşa olunan yeni körpü sayca altıncıdır. Hazırda "Məşədi Əzizbəyov" metro stansiyası, "Ekselsior" mehmanxanası və "Xalqlar Dostluğu" metro stansiyası yaxınlığında daha üç körpünün inşası aparılır.

Birinci iki nəqliyyat ötürücüsünün gələn ilin əvvəlində istismara verilməsi gözlənilir.

Bütün işlər Azərbaycan prezidentinin "2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair" sərəncamı üzrə Bakıda nəqliyyat vasitələrinin işinin yaxşılaşdırılması layihəsi çərçivəsində həyata keçirilir. Bu məqsədlə ümumi məbləğ 300 mln. manat civarında qiymətləndirilir.

2008-2011-ci illərdə daha 11 körpü, 13 iri avtodayanacaq və digər infrastrukturların inşasını əhatə edən tutan tikinti proqramının genişləndirilməsi məsələsi nəzərdə tutulub. Bu proqram artıq təsdiq olunub və onun reallaşdırılmasına gələn il başlanılacaq.

Xəbər lenti

Xəbər lenti