...

2007-ci ildə Azərbaycanda istehsalatda 130-dan artıq insan həlak olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ " TrendCap ", müxbir Ü.İsmayılova/ Azərbaycanda istehsalat işlərində dekabrın 12-dək 284 bədbəxt hadisə baş verib. Nəticədə, 136 insan həlak olub, 216 nəfər xəsarət alıb. Bu barədə çərşənbə günü ilin yekununa həsr olunan mətbuat konfrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi nəzdində Əmək Müfəttişliyinin rəhbəri Nəbi Şükürlü məlumat verib. "Bu dövr ərzində tikinti sektorunda 61 bədbəxt hadisə baş verib və nəticədə, 68 nəfər həlak olub, 48 nəfər müxtəlif bədən xəsarəti alıb" -Şükürlü bildirib. Əmək Nazirliyi nəzdində Əmək Müfəttişliyi texniki təhlükəsizlik qaydalarını, istehsalat müəssisələrində işçilərlə əmək müqavilələrinin bağlanmasına nəzarət edən orqandır. Müfəttişlik avqustda tikilməkdə olan 16 mərtəbəli binanın uçmasından sonra öz fəaliyyətini aktivləşdirib. Bu uçqun nəticəsində 25 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti