...

Azərbaycan Əmək Nazirliyinin regional binası "vahid pəncərə" sistemi üzrə işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ " TrendCap ", müxbir Ü.İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabaddakı yeni inzibati binası "vahid pəncərə" sistemi üzrə işləyəcək. Bu barədə bazar ertəsi nazirliyin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli məlumat verib. Azərbaycan prezidenti İlham Əliyev apreldə, ölkədə "vahid pəncərə" sisteminin-vahid kodlaşdırma sisteminin tətbiqi ilə vahid qeydiyyat orqanının həyata keçirilməsi haqqında fərman verib. Kələntərlinin sözlərinə görə, regional binada nazirliyin bütün bölmələri əhaliyə eyni zamanda xidmət göstərəcək. Yeni binada Məşğulluq və Əmək Müfəttişliyinin regional idarəsi yerləşəcək.

Xəbər lenti

Xəbər lenti