...

Azərbaycanda əmək təqaüdlərinin baza hissəsi artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ " TrendCap ", müxbir Ü.İsmayılova/ Azərbaycan Prezidenti İlham Əliyev əmək təqaüdlərinin baza hissəsinin artırılması haqqında sərəncam verib. Bu barədə rəsmi mətbuat xəbər yayıb. Məlumatda bildirilir ki, Azərbaycan əhalisinin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə, 2008-ci il yanvarın 1-dən əmək təqaüdlərinin baza hissəsi 60 manat ölçüsündə təsdiq edilib. Prezidentin sərənamına əsasən, Əhalinin Sosial Müdafiəsi Fonduna Azərbaycan təqaüdçülərinə ayrılan təqaüdlərin məbləğinə yenidən baxmaq, Nazirlər Kabinetinə isə,bu sərəncamdan irəli gələn bütün məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti