...

2007-ci ildə Azərbaycanda daşınmaz əmlakın qiyməti 40% artıb- ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2007 17:38 (UTC +04:00)
2007-ci ildə Azərbaycanda daşınmaz əmlakın qiyməti 40% artıb- ekspert

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Cümə günü "Əmlak bazarının iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimovun verdiyi məlumata görə, dekabr ayında daşınmaz əmlak bazarının fəallığı noyabr ayı ilə müqayisədə 12% artıb.

"Fəallığın artması gələn il "inflyasiyanın artması" anlayışı ilə bağlıdır" - deyə İbrahimov bildirib.

Birliyin məlumatına görə, noyabr ayında bazarın fəallığı 2,3% aşağı düşüb. Bazara cəmi 5 minə yaxın mənzil təklif olunub.

İbrahimovun sözlərinə görə, mütəmadi olaraq, yeni il qabağı əhali "gələn il qiymətlərin yenidən artacağından" ehtiyat edərək, daşınmaz əmlak almağa başlayır.

İbrahimovun fikrincə, ilin əvvəlindən daşınmaz əmlakın qiyməti 35-40% artıb.

Xəbər lenti

Xəbər lenti