Azərbaycan, Bakı,10 yanvar/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 10 yanvar tarixdə USD/AZN ortaölçülü məzənnəsi, hər ABŞ dollarına görə 0,8454 AZN təşkil edib. Bu barədə birjanın cümə axşamı yayılan məlumatında bildirilir. BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8453 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 558 289 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8454 AZN təşkil edib.
Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $4 209 000 ABŞ dolları və ya 3 558 289 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 052 250 ABŞ dolları düşür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcm 1 489 320 AZN təşkil edib. Manatın orta məzənnəsi avroya nisbətən 1,2416 AZN təşkil edib.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,21%, ABŞ dolları üzrə isə illik 16,07% təşkil edib.
Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.