Azərbaycan, Bakı, 30 yanvar / Trend / Xalq Bankın 2008-ci il yanvarın 1-nə olan aktivləri 212,1 mln. manat təşkil edib ki, bu da 2007-ci il yanvarın 1-nə olan nticələrinə nisbətdə 175 faiz çoxdur. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında bildirilir.
2007-ci ildə bankın kredit portfeli 175 faiz artaraq 159,4 mln. manata çatıb. Depozit portfeli isə, 118 aiz artaraq, 137,3 mln. manat təşkil edib.
2008-ci il yanvarın 1-nə bankın Nizamnamə kapitalı 53,550 mln. manat təşkil edib, ümumi kapitalı 49,272 mln. manatadək artıb.
Ötən ilin yekunları üzrə bankın gəlirləri 21,412 mln. manat, xərcləri 19, 350 mln. manat təşkil edib. Bankın 2007-ci il ərzində balans mənfəəti 2,063 mln. manat, təmiz mənfəəti isə, vergi ödəmələrindən sonra 1,854 mln. manat təşkil edib.
2007-ci ildə bank MasterCard İnternational sistemi üzrə kart verilməsi kampaniyasına start verib. 2008-ci ilin əvvəlinə Xalq Bankın fəaliyyətdə olan plastik kartlarının sayı 7522 ədəd olub. Bank tərəfindən 15 bankomat quraşdırılıb ki, onlardan yeddisi Bakıda, səkkizi regionlarda fəaliyyət göstərir.
Dövlət İpoteka Proqramı çərçivəsində, 2007-ci ildə bank tərəfindən ümumilikdə 4,541 mln. manat həcmində 117 kredit verilib.
2007-ci ildə Xalq Bankın müştəriləri olan Nar Mobile (Azerfon) abonentləri üçün xidmətlərin ödəniş sistemi yaradılıb və tətbiq olunub. Sistem vasitəsilə bu xidmət ölkənin 31 bank müştərilərinə təqdim olunur.
2007-ci ildə "Raiffeisen Central Bank", "Austria və American Express Bank", "Frankfurt"da müxbir hesabları açılıb.
2007-ci ildə Xalq bank səhmlərin 20 faizini əldə edərək, dövlət Kapital Bankın səhmdarları tərkibinə daxil olub.
Ötən il Xalq Bank Azərbaycan Əmanətlərin Sığorta Fondu və Avropa ticarət, sahibkarlıq və sənaye iqtisadi palatasının (EEİG) üzvü olub.