...

Bakıda istehlaka yararsız ət satılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2008 16:28 (UTC +04:00)
Bakıda istehlaka yararsız ət satılır

Azərbaycan, Bakı, 01 fevral / " müxbir Ü.İsmayılova / Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi nəzdində İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin mütəxəssiləri "Böyük- şor" yaşayıs sahəsində yerləşən keyfiyyətsiz ət satılan məntəqəni müəyyən ediblər,- cümə günü İqtisadi İnkişaf Nazirliyindən bildiriblər.

Xidmət nümayəndələri satışdan təxminən 400 kq keyfiyyətsiz ət müsadirə ediblər.

Yanvarın 29- da Dövlət Xidməti keyfiyyətsiz ətin aşkarlanması üzrə Bakının istehlak bazarında monitorinqə başlayıb. Monitorinqin ilk günündə Nəsimi rayonunda təxminən 2 ton və Bayıl qəsəbəsindən təxminən 1 ton keyfiyyətsiz ət müsadirə edilib, bunlardan da150 kq-ı murdar olmuş heyvan ətidir.

Nazirlikdən bildirilib ki, ətin keyfiyyətini baytar həkimlər vizual olaraq müəyyən edir, bu səbəbdən də, ətin hansı heyvana (murdar olmuş və ya olmamış və məhz hansı heyvana məxsus olduğunu) məxsus olduğunu o saat başa düşmək olmur və analiz bir neçə ekspertin məsləhətindən sonra aparılır.

Dəqiq olaraq ətin keyfiyyətini müəyyən etmək üçün xüsusi laboratoriyalar tələb olunur, bunlar da Azərbaycanda yoxdur. Bununla əlaqədar Dövlət Xidməti ərzaq mallarının keyfiyyət analizinin keçirilməsi zamanı daim çətinliklərlə üzləşir.

Azərbaycanın İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Bakıda, Naxçıvanda, Gəncədə, Xaçmazda, Cəlilabadda və Şəkidə beynəlxalq keyfiyyət standartlarına tam cavab verməyən laboratoriyaları var.

Dövlət Xidmətinin başcısı Xaliq Məmmədovun əvvəl dediyinə görə, nazirlik Latviyanın milli ərzaq-baytarlıq diaqnostika mərkəzinin oxşarının Azərbaycanda tikilməsinə dair Latviyanın Ərzaq-Baytarlıq Xidməti ilə memorandum imzalayıb.

Keyfiyyətsiz ətin aşkarlanması üzrə monitorinq davam edir.

Xəbər lenti

Xəbər lenti