...

Bakı-Tbilisi-Qars layihəsi Cenevrədə təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2008 17:18 (UTC +04:00)
Bakı-Tbilisi-Qars layihəsi Cenevrədə təqdim olunub

Azərbaycan, Bakı, 19 fevral/ " müxbir S.Ağayeva/ Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi BMT Avropa İqtisadi Komissiyasının (AİK) bu gün Cenevrədə keçirilən illik sessiyasında təqdim olunub. Layihəni sessiyada iştirak edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov təqdim edib. Bu barədə çərşənbə günü Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov Berndən telefonla məlumat verib.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində yeni 105 kilometrlik dəmir yolu magistral xəttinin tikintisi planlaşdırılır. Bunun 76 km-i Türkiyə, 29 km- i Gürcüstan ərazisi ilə keçəcək. Bundan əlavə, Gürcüstanda illik yük buraxılışı gücünü 15 mln. tonadək artırmaq üçün Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 kilometrlik hissəsi yenidən qurulacaq. Axalkalakidə qatarların Gürcüstan dəmir yolu xətlərindən Avropa xətlərinə keçidi üzrə məntəqə tikilməsi də planlaşdırılır. Layihə $422 mln. , müvafiq infrastruktur nəzərə alınmaqla isə, $600 mln. qiymətləndirilir.

Azərbaycanın nəqliyyat naziri ölkədə yeni limanın tikintisi məsələsinə toxunub. Səfir idarə rəhbərinin Azərbaycanın AİK ilə gələcək əməkdaşlıq məsələlərini təşkilatın icraçı katibi Marek Belklə müzakirə etmək niyyətində olduğunu bildirib.

AİK BMT-nin beş regional komissiyasından biridir. İkinci Dünya Müharibəsindən dərhal sonra, müharibə nəticəsində dağılmış Avropa ölkələri iqtisadiyyatının bərpasına yardım məqsədilə yaradılıb. Ötən əsrin 90-cı illərinin əvvəlində komissiya nəzərəçarpacaq dərəcədə genişlənib. Komissiyaya Avropa ölkələri, ABŞ, Kanada və İsraillə yanaşı, bütün keçmiş Sovet İttifaqı ölkələri də daxil olublar.

Səfər çərçivəsində, Berndə Azərbaycan və İsveçrənin nəqliyyat nazirlərinin ikitərəfli görüşü baş tutub. Görüşün gedişində əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi edilib.

Xəbər lenti

Xəbər lenti