...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2008 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral/ Trend / Fevralın 20-də Bakı Fond Birjasında Milli Bankın 50100719S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 40 000 000 manat, hərraca çıxarılan həcm 25 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə birjanın çərşənbə günü yayılan məlumatında deyilir.

6 investor tərəfindən təqdim edilən sifarişlərin ümumi həcmi nominal üzrə 59 545 000 manat təşkil edib. Sifarişlər 99.15% (gəlirlik 11.02%) - 99.19% (gəlirlik 10.50%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.19% (gəlirlik 10.50%) orta ölçülmüş qiymət - 99.19% (gəlirlik 10.50%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 844 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 24 797 500 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 19 Mart 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti