...

Gəncədə poladtökmə kompleksi və alüminium zavodunun təməli qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2008 11:17 (UTC +04:00)

Azərbaycan, Gəncə, 3 mart / Trend , müxbir A.İsmayılova/ Gəncə şəhərində dövlət başçısı İlham Əliyevin iştirakı ilə poladtökmə kompleksi və alüminium zavodunun yeni istehsal korpusunun təməlqoyma mərasimi keçirilib.

Yeni poladəritmə kompleksinin tikintisinə 800 mln. dollar yatırılacaq. İnvestisiya dövrü 2008-2011-ci illəri əhtə edir. Obyektin istismara verilməsindən sonra burada 1800-dən çox iş yeri açılacaq, kompleksin istehsal gücü isə ildə 1 mln. ton metal təşkil edəcək.

"Det.Al Limited" şirkətinin alüminium zavodu Çinin CNEC şirkətinin iştirakı ilə tikiləcək. İnvestisiya dövrü 2008-2009-cu illəri əhatə edir. Bu dövr ərzində istehsal gücünün artırılmasına yatırılacaq kapital təqribən 230 mln. dollar təşkil edəcək.

Yeni istehsal gücü zavodun imkanlarını ildə 60 min ton artıracaq və ümumi istehsal həcmini ildə 160 min ton alüminiuma çatdıracaq. Tikinti zamanı ən qabaqcıl avadanlıqların tətbiq edilməsi ətraf mühitə təsirin (98%-ə qədər tullantı havaya buraxılmayacaq) əhəmiyyətli dərəcədə azalmasına imkan yaradacaq, həmçinin müəssisənin enerji həcmini artıracaq, yəni hər min ton məhsula görə 13600 kilovatt-saat elektrik enerjisi sərf olunacaq. Bu göstərici hazırda MDB məkanında mövcud olan analoji zavodların enerji həcmindən 6 min kilovatt-saat elektrik enerjisi azdır.

Eyni zamanda, zavodun istismara verilməsi ilə 500 yeni iş yeri açılacaq.

Xəbər lenti

Xəbər lenti