Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0008 bənd möhkəmlənib (0,08 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,843 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi martın 3-də (1 ABŞ dolları üçün 0,8433 manat), minimum isə martın 7-də (1 ABŞ dollarına 0,8425 manat) müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
25fevral | 0,8439 | 3 mart | 0,8433 |
26fevral | 0,8437 | 4 mart | 0,8432 |
27fevral | 0,8435 | 5 mart | 0,8431 |
28fevral | 0,8434 | 6 mart | 0,8429 |
29fevral | 0,8433 | 7 mart | 0,8425 |
Həftə ərzində orta | 0,84356 | Həftə ərzində orta | 0,843 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd (0,01 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,84278 manat səviyyədə müəyyən olunub.
Dolların manata münasibətdə maksimum məzənnəsi martın 5-də 1 ABŞ dollarına görə 0,8429 manat , minimum isə martın 6-7-də (1 ABŞ dollarına 0,8427manat) müəyyən olunub.
Ötən həftə BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 3-də- 0,8428 AZN/USD məzənnəsi ilə $1 mln. martın 4-də - 0,8428 AZN/USD məzənnəsi ilə $7,536 mln., martın 5-də - 0,8429 AZN/USD məzənnəsi ilə $0,625 mln., martın 6-da - 0,8427 AZN/USD məzənnəsi ilə $0,545 mln. Martın 7-də sövdələşmə həyata keçirilməyib, lakin məzənnə 0,8427 AZN/USD səviyyəsində formalaşıb.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
25fevral | 0,8439 | 3 mart | 0,8433 |
26fevral | 0,8437 | 4 mart | 0,8432 |
27fevral | 0,8435 | 5 mart | 0,8431 |
28fevral | 0,8434 | 6 mart | 0,8429 |
29fevral | 0,8433 | 7 mart | 0,8425 |
Həftə ərzində orta | 0,84356 | Həftə ərzində orta | 0,843 |
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi | |||
25fevral | 0,8437 | 3 mart | 0,8428 |
26fevral | 0,8434 | 4 mart | 0,8428 |
27fevral | 0,8432 | 5 mart | 0,8429 |
28fevral | 0,8431 | 6 mart | 0,8427 |
29fevral | 0,8430 | 7 mart | 0,8427 |
Həftə ərzində orta | 0,84328 | Həftə ərzində orta | 0,84278 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə banklar tərəfindən BEST-ə sifarişlər təqdim olunmayıb. Martın 6-da EUR/AZN T+0 aləti üzrə 515 080 məbləğində həcm qeydə alınıb. 1 avronun manata nisbətən məzənnəsi 1,2877 manat təşkil edib.
Bu dövrdə özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə -17 manat səviyyəsində qalıb. Özəlləşdirmə çeklərinin müddəti 2010-cu ildə bitir.