...

İtaliya Azərbaycanla yeyinti və tikinti sənayesində əməkdaşlığı inkişaf etdirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2008 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Bədəlova/ Azərbaycan və İtaliya yeyinti və tikinti sənayesi ilə bağlı əmkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir. Bu barədə çərşənbə günü "Ital Caspian" Beynəlxalq Marketinq Agentliyinin icraçı direktoru Massimo Kuquçi (Massimo Cugusi) deyib.

Bü gün Azərbaycana üçgünlük səfərlə hər iki sahədə - yeyinti və tikinti materiallarının iri və kiçik biznesi ilə məşğul olan 15 sahibkardan ibarət italiyalı nümayəndə heyəti gəlib.

Kuquçinin sözlərinə görə, səfərin əsas məqsədi gələcək əməkdaşlıq üçün tərəfdaş axtarmaqdır.

"Azərbaycan kənd təsərrüfatı sənayesində böyük potensiala malikdir. Amma əsas məhsul daxili tələbat üçün nəzərdə tutulub, beynəlxalq standartlara uyğun olmadığından, ixrac olunmur. Ona görə də, Azərbaycan üçün bu sahənin modernləşdirilməsi prioritetdir" -Kuquçi bilidirib.

2007-ci ildə İtaliya və Azərbaycan arasında biznes əlaqələrini dəstəkləmək üçün tətbiq edilmiş "Ital Caspian"İtaliya şirkətlərinin Konsorsiumudur. Konsorsium tikinti, eləcə də ətraf mühitin qorunması sahəsində aktiv işlər görəcək. Ehtimal olunur ki, Konsorsiumun iki-üç il ərzində investisiya portfeli 100 mln. yevro təşkil edəcək.

Kuquçinin sözlərinə görə, Konsorsium müxtəlif tərəfdaşların qoşulmasına açıqdır. Konsorsium Azərbaycan şirkətlərindən İtaliyaya missiya ilə bağlı sorğu əldə edib.

Xəbər lenti

Xəbər lenti