...

Hökumət Azərbaycanda istehlakçıların hüquqlarının sahibkarlar tərəfindən pozulmasına görə cərimələri sərtləşdirməyi düşünür - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2008 15:42 (UTC +04:00)
Hökumət Azərbaycanda istehlakçıların hüquqlarının sahibkarlar tərəfindən pozulmasına görə cərimələri sərtləşdirməyi düşünür - nazir

Azərbaycan, Bakı, 18 mart/ , müxbir Ü.İsmayılova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi alıcıların hüquqlarını pozan istehlak bazarı iştirakçılarına qarşı cərimə sanksiyalarını artırmağı təklif edir. Bu barədə çərşənbə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

"Monitorinqlər göstərib ki, bir çox sahibkarlar cərimələri ödəyir və istehlakçıların hüquqlarını pozmağa davam edirlər" - Babayev bildirib.

İqtisdi İnkişaf Nazirliyi nəzdinə İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti prezidentin 2006-cı il 26 dekabr sərəncamı ilə yaradılıb. Fəaliyyətə başladığı andan Dövlət Xidməti ümumilikdə 145 min manat məbləğində cərimə edib.

Nazir bildirib ki, hazırda nazirlikdə cərimənin məbləğinin artırlması məsələsi müzakirə edilir

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti