...

Dördtərəfli qaz müqaviləsi İTGİ qaz kəmərinin tikintisini sürətləndirəcək - Azərbaycana səfərinin yekunları ilə bağlı Yunanıstanın inkişaf naziri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2008 11:00 (UTC +04:00)
Dördtərəfli qaz müqaviləsi İTGİ qaz kəmərinin tikintisini sürətləndirəcək - Azərbaycana səfərinin yekunları ilə bağlı Yunanıstanın inkişaf naziri ilə müsahibə

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Bədəlova/ Yunanıstanın inkişaf naziri Xristos Foliasın Bakıya səfərinin yekunları ilə bağlı Trend a eksklüziv müsahibəsi

- Yunanıstan Azərbaycandan hansı həcmdə qaz almaq niyyətindədir və irimiqyaslı tədarük nə vaxtdan başlaya bilər?

- İki ölkənin qaz şəbəkəsini birləşdirəcək Yunanıstan-İtaliya qaz kəməri vasitəsilə "Şahdəniz" yatağından hasil olununan qaz nəql ediləcək. Bu məsələlər dünən Bakıda keçirilən danışıqlarda müzakirə olunub. İtaliya və Yunanıstan şirkətləri - DEPA və EDISON arasında razılığa nail olmaq Yunanıstan və Azərbaycan hökumətlərinin ümumi məqsədidir.Bundan əlavə, Azərbaycan qazının İTGİ qaz kəmərindən asılı olmayaraq, Yunanıstanın daxili bazarı üçün əlavə tədarükü məsələləri də müzakirə olunub. Mən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə ümumi Bəyannaməni imzalamışıq.

-Azərbaycanın Türkiyə,Yunanıstan və İtaliya ilə dördtərəfli qaz müqaviləsi bağlaması zəruri idimi yoxsa ölkənin Yunanıstanla Türkiyə və Yunanıstanla İtaliya arasında mövcud müqaviləyə daxil olması kifayətdir?

- Yunanıstan, İtaliya, Türkiyə və Azərbaycan arasında dördtərəfli müqavilə İTGİ qaz kəmərinin tikintisi üçün vacib irəliləyişə imkan yaradacaq. Hesab edirəm ki, Yunanıstan belə müqavilənin imzalanmasında əlaqələndirici rol oynayacaq, o mənada ki, dörd nazirlik nümayəndələrinin layihənin tamamlanmasına dair görüşü Afina şəhərində baş tutacaq.

-Yunanıstanın Azərbaycanın bərpa olunan və alternativ enerji mənbələrinin inkişafı haqqında konkret ivestisiya layihələri varmı?

- Biz Natiq Əliyevlə Azərbaycanın bərpa olunan enerji mənbələrinə (RES) investisiyalar haqqında bir çox addımları müzakirə etmişik. Bizim tərəf təcrübə mübadiləsi üzrə qarşılıqdı anlaşma, nou-xau və RES investisiyalarının dəstəklənməsinin qanunverici bazası haqqında memorandum layihəsi təklif edib. Avropa İttifaqındakı RES mərkəzlərinə bənzər, RES dövlət orqanlarının yaradılmasını də təklif etmişik. Təkliflərimizə sərgilərdə novator RES investisiyalarının nümayiş etdirmək də daxildir. Bizim tərəfdən Azərbaycan hökumətinin bu məsələlər üzrə atdığı bütün addımlara kömək məqsədilə Yunanıstanın Bərpa Olunan Enerji Mənbələri Mərkəzinin (CRES) nou-xau təcrübəsini öyrənmək də təklif olunub.

-Azərbaycana səfərinizdən razı qaldınızmı?

- Mən Azərbaycana səfərimdən çox razı qaldım. Səfərimin əsas məqsədi, əlbəttə , energetik məsələlərdir. Yunanıstan hökumətini təmsil edən şəxs kimi araşdırmalar və texnologiyalar, standartlaşdırma və ərzaqların keyfiyyətinə nəzarət sistemi sahələrində əməkdaşlığın təkmilləşdirilməsi üçün protokol və müqavilə layihələrinin nəzərdən keçirilməsini təklif etdim. Nəhayət, biz Yunanıstan-Azərbaycan Biznes Şurasınının yaradılması istiqamətində işləmək barədə razılığa gəldik.

Müəliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti