Azərbaycan, Bakı, 31 mart / " , müxbir U.İsmayılova/ Azərbaycanın "Azerbaycan Senaye Sigorta" şirkəti ilin sonuna qədər 3,5 mln. manat həcmində sığorta haqqı toplamaq niyyətindədir. Bu barədə bazar ertəsi şirkətin direktoru Rəşad Əhmədov məlumat verib.
Azərbaycanın Maliyyə Nazirliyinin məlumatlarına görə, 2007-ci ildə şirkətin sığorta haqları 1,71 mln. manat, sığorta ödəmələri isə 0,32 mln. manat təşkil edib.
Əhmədovun sözlərinə görə, şirkətin builki planlarına həmçinin bank filiallarından şəxsi agent qismində istifadə etmək də daxildir.
Əhmədov bildirib ki, "Azerbaycan senaye sigorta"nın ümumi kapitalı iki mln. manat, nizamnamə kapitalı isə bir mln. manat təşkil edir. İlin sonuna qədər nazimnamə kapitalının artırılması planlaşdırılır.
1997-ci ildən fəaliyyət göstərən "Azerbaycan senaye sigorta" şirkəti 18 könüllü və 3 icbari sığorta xidməti göstərir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital