...

Azərbaycanın iqtisadi inkişaf naziri Türkiyəyə səfərə gedəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2008 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / " İ.Xəlilova/ Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev "İqtisadi idarəetmədə cari məsələlər"-ə dair ikinci illik konfransda iştirak etmək üçün aprelin 1-də Ankaraya (Türkiyə) yola düşəcək. Bu barədə bazar ertəsi nazirlikdən məlumat verilib.

Tədbir aprelin 2-3-də keçiriləcək.Nazir konfrans iştirakçılarına Azərbaycanda iqtisadi idarəetmənin metodları və iqtisadi nailiyyətlər barədə məlumat verməyi planlaşdırır.

Konfransda Şimali Afrika, Qafqaz, Mərkəzi Asiya və Orta Şərq ölkələrinin dövlət rəsmiləri iştirak edəcək.

İlk konfrans 2007-ci ilin aprelində keçirilib. Konfransda Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov və Azərbaycan Milli Bankının rəhbəri Elman Rüstəmov iştirak ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti