...

Bakı Fond Birjasında DQİ-nın yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2008 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend / Bakı Fond Birjasında aprel ayının 8-də saat 11:00-dan 12:30-dək, BFB-də qeydiyyat №-si 10301620S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında bildirilir.

DQİ-nin ümumi həcmi 5 000 000 AZN, bir istiqrazın nominal dəyəri 200 AZN, istiqrazların tədavül müddəti 182 gün, ödəmə tarixi 7 oktyabrdır. .

Hərrac zamanı, DQİ buraxılışının, 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti