...

Bakı Banklararası Valyuta Birjası aprelin 21-ə olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 20:14 (UTC +04:00)

Azərbaydcan, Bakı, 21 aprel/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 21 aprel tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8286 AZN təşkil edib. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8289 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in GÜNDÜZ sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 5 883 060 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8286 AZN təşkil edib.

Hər iki sessiyalarının nəticələrinə görə ümumi həcm USD/AZN aləti üzrə 7 100 000 ABŞ dolları və ya 5 883 060 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 014 286 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,64%, ABŞ dolları üzrə isə illik 17,36% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti