...

Mayın 1-dən ADXDG əməkdaşlarının əmək haqqı artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2008 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend / Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) mayın 1-dən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə 7300 nəfər əməkdaşının əmək haqqını artırıb.

Cümə axşamı ADXDG-dən verilən məlumata görə, əmək haqqı 30 faiz artırılıb. Məsələn, əvvəllər Gəmiçiliyin sahil strukturlarının əməkdaşlırı 255 manat həcmində əmək haqqı alırdılarsa, mayın 1-dən əmək haqqı 330 manat həcmində olacaq. ADXDG üzgüçülük heyəti işçilərinin aylıq əmək haqqı 290 manat idisə ( ayda 252 dollar sutkalıq +), mayın 1-dən 380 manat təşkil edəcək ( ayda 370 dollar sutkalıq+).

Xəzər Dəniz Cəmiçiliyi iri gəmiçilik şirkətidir. Onun əsas fəaliyyəti neft və neft məhsulları daxil olan yüklərin daşınması ilə əlaqədardır. Fəaliyyət rayonları: Xəzər, Qara dəniz, Aralıq dənizi, Mərmərə dənizi. Qara dəniz-Azov hövzəsində işləyən Xəzər Gəmiçiliyinin gəmiləri həmçinin yüklərini daşıtdırmaq üçün gəmi kirayələyən xarici şirkətlərin yüklərinin Avropa,Yaxın Şərq və Şimali Afrika limanlarına daşınmasını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti