Azərbaycan, Bakı, 1 may/ Trend müxbir Ü.İsmayılova/ Minsk Traktor Zavodu Azərbaycandakı birgə müəssisədə istehsal ediləcək traktorların satışı üçün bazarları və onların marketinqini təmin edəcək. İstehsal Gəncə Avtomobil Zavodunda həyata keçiriləcək. Bu barədə cümə axşamı zavodun rəhbəri Xanlar Fətiyev məlumat verib.
Fətiyevin sözlərinə görə, Gəncə zavodu hazırda Azərbaycanda illik gücü 8-10 min traktor olan traktorların yığılması üzrə BM-in yaradılması dair Minsk zavodu ilə danışıqlar aparır. Bu traktorların İran, Türkiyə, Gürcüstan və ola bilsin ki, Rusiyanın cənubuna satılması nəzərdə tutulur.
Hazırda Gəncə zavodunda beş modifikasiyada traktor buraxılır. Onların dəyəri 13 mindən 35 min manatadək dəyişir. Azərbaycanda Minsk avtomobil və traktor zavodlarının istehsalı olan yük avtomobilləri və traktorların bütün qammasının yığılmasına dair müqavilə 2006-cı il noyabrın sonunda Minskdə imzalanıb.
Yığma işləri 15 min kv. m sahəyə malik ərazidə aparılır. Gəncə zavodu Azərbaycanda ildə 1000 yük maşını və 2000 traktor yığmaq iqtidarındadır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]