...

Bakı metropoliteni tenderi ləğv edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2008 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend / Bakı metropoliteni kvorumun olmaması səbəbindən aprelin 3-də elan olunan tenderi ləğv edib. Bu barədə Bakı metropoliteninin məlumatında bildirilir.

Tender qatarların hərəkəti və mövcud optik-tel kabelindən istifadə ilə metropolitenin texniki avadanlığının iş rejiminə dair yüksək sürətli, etibarlı və fasiləsiz informasiya verilişinin təminatı üçün inteqral şəbəkənin yaradılması üzrə elan olunmuşdu.

Podratçı sistemi hazırlamalı, təchiz etməli, quraşdırmalı, onu işə və nizama salmalı idi.

Tender iştirakçıları iddiaçı qismində iştirak barədə müraciətnamə və digər sənədləri mayın 12-dən gec olmamaq şərti ilə təqdim etməli idilər. Tender təklifləri və bank zəmanəti mayın 13-nə qədər qəbul olunmalı və mayın 14-də isə açılmalı idi.

Xəbər lenti

Xəbər lenti