...

Ekspertlər Baltik-Qaradəniz-Xəzər Enerjitranzit Birliyinin yaranacağına tərəddüd edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2008 14:20 (UTC +04:00)

Ukrayna, Kiyev, 15 may / " Z.Novosvitski / Ekspertlər, Ukrayna prezidenti Viktor Yuşşenkonun təşəbbüsü ilə Baltik-Qaradəniz-Xəzər Enerjitranzit Birliyinin yaradılmasında tərəddüd edirlər. Qeyd edək ki, bu təşəbbüsü Ukrayna prezidenti Kiyev enerji sammitində təqdim etmək niyyətindədir.

"Hazırda bu layihənin kifayət qədər maddi təminatı yoxdur, - Ukraynanın Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqatı Mərkəzinin direkroru Vitali Kulik Trend -a bildirib. Bu tipli Birliyin yaradılmasında tranzitçilər və istehlakçılarla yanaşı, neft hasil edən ölkələr də iştirak etməlidirlər". O,həmçinin qeyd edib ki, layihənin həyata keçməsi üçün böyük həcmdə neft hasil edən Mərkəzi Asya ölkələrinin qoşulması lazımdır.

"Məhz buna görə, sözügedən layihə Ukrayna hakimiyyətinin kağız üzərində olan layihilərindən biridir. Fikrimcə, bütün Mərkəzi Asiya ölkələrinin dəstəyi olmadan bu layihələrin reallaşması mümkün deyil", - ekspert bildirib.

Mərkəzin enerji proqramlarının direktoru Vladimir Saprıkin bildirib ki, sistemi işlək vəziyyətə salmaq üçün Avropa İttifaqının qanunvericiliyində dəyişikliklər etmək lazımdır.

"Mən materiallarla tanış olmuşam. Bunları işlək vəziyyətə gətirmək üçün Avropa İttifaqının qanunvericiliyində dəyişiklik etmək lazımdır. Burada üstmilli qurumlara işarələr var və bu real deyil. Bu layihə məşvərət və müşavirə orqanları səviyyəsində əməkdaşlıq çərçivəsində həyata keçirilə bilər", - Saprıkin bildirib.

Kiyev enerji sammiti mayın 22-23 keçiriləcək. Əvvəllər bəyan olunduğu kimi, bu sammitdə Ukrayna prezidenti Baltik-Qaradəniz-Xəzər Enerjitranzit Birliyinin yaradılması təşəbbüsünü irəli sürmək niyyətindədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti