...

DB iki il ərzində Azərbaycana $1 mlrd.-dək vəsait ayırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2008 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may/ Trend , müxbir İ.Xəlilova/ Dünya Bankı iki il ərzində Azərbaycana hər il $500 mln. ayırmağı planlaşdırır. Bu barədə cümə günü Xəzər İşgüzar İnteqrasiya Klubunun (CİBC) görüşündə DB-nin Bakı nümayəndəliyinin rəhbəri Qreqrori Yeceyçak məlumat verib.

Bu vəsaitlər Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri əsasında veriləcək. Belə ki, Azərbaycan banklarda güzəştli kredit almaq hüququndan məhrum olub.

Növbəti iki ildə (2009-2011-ci illər) DB-nin kredit ehtiyatları əsas infrastruktur layihələrinin maliyyələşdirilməsinə ayrılacaq. DB nümayəndəsinin sözlərinə görə, bank iqtisadiyyatın formalaşdırılması məqsədilə biliklərin artırılmasına əsaslanan böyük layihələrin, həmçinin, regional inkişafa yönəlmiş layihələrin maliyyələşdirilməsinə başlamaq niyyətindədir.

Dünya Bankı ötən iki il ərzində 12 layihənin maliyyələşdirilməsi üçün Azərbaycana $1,2 mlrd. ayırıb. Bu vəsaitlərdən yalnız $130 mln. güzəştli şərtlər əsasında (10 il güzəştli dövr olmaqla, 35 il müddətinə və illik 0,75 faiz dərəcə üzrə) ayrılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti