...

"United Kredit Bank" aktivlərinin ümumi həcmi 2008-ci ilin dörd ayı ərzində30 milyon manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2008 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend / "United Kredit Bank" aktivlərinin ümumi həcmi cari ilin dörd ayı ərzində 35 faiz artaraq, 2008-ci il mayın 1-dək 32,2 manata çatıb. Bu nəticə 2007-ci ilin müvafiq dövr göstəricisindən 84,8 faiz artıqdır.

Dörd ay ərzində bankın müştərilərinə təqdim etdiyi kreditlərin həcmi 21,2 mln. manat olub, bu da 2008-ci ilin əvvəlinə olan müvafiq göstəricidən 15,6 faiz, 2007-ci ilin dörd ayı üzrə verilmiş kreditlərin həcmindən isə 67 faiz çoxdur. Müştərilərə verilmiş istehlak kreditlərinin həcmi aprel ayı ərzində 6 faiz artıb.

Mayın 1-nə bankın depozit portfeli 7,5 mln. manat təşkil edib. Fiziki və hüquqi şəxslərdən cəlb etdiyi müddətli depozitlərin həcmi 5,4 mln. manat olub. Bankın fiziki şəxslərdən cəlb etdiyi əmanətlərin həcmi 2008-ci ilin əvvəli ilə müqayisədə 21,6 faiz, ötən ilin müvafiq dövrünə nisbətən isə 103,5 faiz artıb.

Mayın 1-dək bankın ümumi gəlirləri 2007-ci ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə 35,6 faiz, 1,31 mln. manat təşkil edib, bankın gəlirləri 43,4 faiz artıb.

Hesabat dövrünün sonuna bankın ümumi kapitalı 13,58 mln. manat təşkil edib, nizamnamə kapitalının həcmi isə dəyişməyərək, 12,11 mln. manat səviyyəsində qalıb.

Xəbər lenti

Xəbər lenti