...

Azərbaycan xarici kapitalyatırma siyasətini gücləndirir – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2008 18:44 (UTC +04:00)
Azərbaycan xarici kapitalyatırma siyasətini gücləndirir – nazir

Azərbaycan, Bakı, 26 may/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan xarici kapitalyatırma siyasətini gücləndirmək niyyətindədir. Bu barədə bazar ertəsi Bakıda keçirilən Azərbaycan - BƏƏ biznes-forumunda Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Nazir bildirib ki, Azərbaycan hökuməti xarici şirkətlərlə adi ticarət münasibətləri və birtərəfli kapital yatırımları çərçivəsindən çıxmaq və qarşılıqlı sərmayə yatırımları mərhələsinə başlamaq niyyətindədir.

Nazir bildirib ki, hazırda BƏƏ - də əsasən, ticarət fəaliyyəti ilə məşğul olan 100-dən çox Azərbaycan şirkəti çalışır.

Bazar ertəsi Bakıda Azərbaycan- BƏƏ biznes forumu keçirilib. Forumda energetika, tikinti, sənaye, telekommunikasiya, səhiyyə sahələrindən 10-dan çox ərəb şirkəti iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti