...

GUAM ölkələrinin bank məsələləri üzrə şurası yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2008 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir M.Əliyev/ Yaxın vaxtlarda GÜAM ölkələrinin bank məsələləri üzrə Koordinasiya Şurasının yaradılması planlaşdırılır. Bu haqda GÜAM-ın Baş katibi Valeri Çeçelaşvili cümə axşamı Bakıda jurnalistlərə bildirib.

"Əminəm ki, GÜAM-ın bankı yaradılacaq", - Baş katib bildirib.

Onun sözlərinə görə, GÜAM Poti-Kerç dəmiryolu bərə keçidi üzrə yeni layihənin üzərində işləyir. "Layihə GÜAM ölkələrinin tranzit potensialını yaxşılaşdırmaq məqsədi daşıyır", - Çeçelaşvili əlavə edib. 

GUAM formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti