...

Azərbaycan iqtisadiyyatının artım tempi Böyük Britaniya hökumətinin marağını cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2008 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir U.İsmayılova/ Böyük Britaniya hökuməti Azərbaycan ilə iqtisadi münasibətlərin inkişafında maraqlıdır. Bu barədə "Neft və Qaz, Neft emalı və Neft kimya" XV yubiley sərgi və konfransında iştirak etmək üçün Bakıya gələn Böyük Britaniyanın ticarət və investisiyalar naziri lord Diqbi Cons bildirib.

"Mən Azərbaycana gələcək əməkdaşlıq üçün əlavə sahələrin öyrənilməsi məqsədi ilə gəlmişəm", - deyə Cons bildirib.

Böyük Britaniyanın Azərbaycana marağının artması ölkə iqtisadiyyatının 2006-cı ildə 33 faiz təşkil edən səmərəli artımı ilə bağlıdır.

Consun sözlərinə görə, Azərbaycan hökuməti əsasən turizm biznesi, infrastruktur və maliyyə biznesi sahələrində münasibətləri inkişaf etdirmək niyyətindədir. Çünki London Avropanın maliyyə paytaxtıdır və həm böyük kreditlərin ayrılması, həm də konsaltinq xidmətlərinin təqdim edilməsi sahələrində imkanlara malikdir.

Cons bildirib ki, hazırda Azərbaycanda neft və qaz sahəsinə cəlb edilən 100-dən çox Britaniya şirkəti fəaliyyət göstərir. Lakin bununla yanaşı Azərbaycanda istehlakçı malları bazarı, bank sektoru, sığorta xidməti sektoru inkişaf edir və Böyük Britaniya hökuməti neft sektorunda olduğu kimi, Azərbaycan iqtisadiyyatının bu sahələrində də iştirak etmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti