...

Naxçıvanda yeni soyuducu anbar istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2008 09:35 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 11 iyun / Trend müxbir E.Məmmədov/ "Gəmiqaya" Meyvə MəhsullarıKompleksi Məhdud Məsuliyyəti Cəmiyyətinin ərazisində tikilən anbarda kartof və bütün növ meyvə-tərəvəz məhsulları saxlanılacaq.

Anbarın tikilib quraşdırılmasına 1 milyon 100 min manat vəsait xərclənib ki, onun 400 min manatı sahibkarın şəxsi vəsaiti, 700 min manatı isə Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına ödənilib.

Yeni avadanlıqlar dəsti ilə təchiz olunan anbarın ümumi tutumu 2500 tondur. 2592 kvadratmetr genişliyində olan anbarda hər birinin sahəsi 220 kvadratmetr və 298 kvadratmetr olmaqa 8 soyuducu kamera daxildir. Kameraların 4-də hava hərarəti müsbət 8, 4-də isə mənfi 18 dərəcə olacaqdır.

Qeyd edək ki, hazırda Naxçıvan şəhərində muxtar respublikanın taxıl ehtiyatını yaratmaq məqsədilə uzunmüddətli saxlamaq üçün 18 min ton tutumlu, qısamüddətli saxlamaq üçün isə 20 min ton tutumlu yeni layihə əsasında, müasirtipli ABŞ istehsalı olan 6 ədəd irihəcimli taxıl anbarının qurulması işi davam etdirilir. Taxıl anbarları iyulun sonunadək başa çatdırılacaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Xəbər lenti

Xəbər lenti