...

MDB ölkələri taxıl bazarlarını araşdıracaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2008 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun/ Trend / MBD ölkələri taxıl bazarlarının araşdırılması barədə qərar qəbul ediblər. Bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin cümə günü yayılan məlumatında deyilir.

Kişinyovda MDB ölkələri Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın 27-ci, MDB ölkələrində antiinhisar qanunvericiliyin pozulması hallarının birgə araşdırılması üzrə İşçi Qrupun isə 6-cı iclası keçirilib. İclasda Azərbaycan tərəfdən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin rəisi Samir Dadaşov iştirak edib.

MDB ölkələri üzrə taxıl bazarlarının araşdırılmasının nəticələri növbəti iclasda müzakirə ediləcək.

Tədbir çərçivəsində Moldovanın Rəqabətin Qorunması üzrə Milli Agentliyi tərəfindən təşkil edilən "Qloballaşma şəraitində rəqabət mühiti" mövzusunda beynəlxalq Konfrans keçirilib.

Xəbər lenti

Xəbər lenti