...

Azərbaycan parlamenti ünvanlı sosial yardım üzrə minimal ehtiyac meyarını artırmaq qərarına gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2008 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun/ Trend Cap , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti cümə günü keçirilən iclasda ünvanlı sosial yardım üzrə minimal ehtiyac meyarını 10 manat - 55 manatadək artırmaq barədə qərar qəbul edib.

Sosial siyasət üzrə daimi parlament komissiyasının rəhbəri Hadı Rəcəbli bildirib ki, 100 min ailə ünvanlı sosial yardım alıb. Ehtiyac meyarının artırılmasından sonra sosial yardım alanların sayı 150 min ailəyədək artacaq. Rəcəbli bununla yanaşı ailələrin aldıqları məbləğində artacağını bildirib. Əvvəllər ailəyə orta hesabla 88 manat düşürdüsə, meyarın artırılmasından sonra məbləğ 95-100 manatadək yüksələcək.

Parlament, həmçinin, ünvanlı sosial yardımın verilməsi qaydalarına dəyişiklik edib. Əvvəllər yardım altı ay ərzində verilirdisə və bundan sonra yenidən sənədlər təqdim etmək lazım olurdusa, hazırda yardımın verilməsi müddəti bir ilədək uzadılıb.

Ünvanlı sosial yardımın alınması üçün təqdim edilmiş sənədlərin hər hansı birində saxtalaşdırma aşkar edilərdisə, o zaman sənədi təqdim etmiş şəxs iki il ərzində ünvanlı sosial yardım almaq hüququndan məhrum edilirdi. İndi bu müddət bir ilədək azaldılıb.

Parlamentin deputatı Fazil Qəzənfəroğlu ("Böyük Quruluş" partiyasının sədri) bildirib ki, müstəqil ekspertlərin qiymətləndirmələrinə görə, ölkədə minimal yaşayış minimumu 110 manat təşkil edir və buna görə də ünvanlı sosial yardımın 55 manatadək artırılması kifayət deyil. Bu göstəricinin yuxarı olması lazımdır.

Əhaliyə verilən ünvanlı sosial yardımın birdən - birə nəzərəçarpacaq dərəcədə artırılması inflyasiyanın artmasına gətirə bilər. Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərovun sözlərinə görə, bununla əlaqədar prosesi mərhələli şəkildə həyata keçirmək lazımdır.

Parlamentin depuatı ("Vətəndaş Həmrəyliyi" partiyasının sədri) Sabir Rüstəmxanlı bildirib ki, ünvanlı sosial yardımın verilməsində problemlər və mənfi cəhətlər mövcuddur. Onlar, əsasən, bu yardıma ehtiyacı olan insanların siyahısının düzgün təşkil edilməməsinə, sənədlərin saxtalaşdırılmasına və yardımın alınması üçün qanunsuz ödəmələrə (yardımın ümumi məbləğinin 50 faizinədək) toxunur.

Xəbər lenti

Xəbər lenti