...

İran istiqamətində magistral çərçivəsində yol hissəsinin tikintisi üçün kvalifikasiyaöncəsi tender elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2008 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend / Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq tipli Səhmdar Cəmiyyəti (ASC) yol tikintisi üzrə podratçı və firmaları Ələt-Astara avtomagistralının üçüncü bölməsinin tikinti layihəsi üzrə kvalifikasiyaöncəsi tenderdə iştiraka dəvət edir.

Azərbaycan hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit müqaviləsində nəzərdə tutulan gəlirlərin bir hissəsini "Ələt-Astara avtomagistralının üçüncü bölməsinin tikintisinə dair" müqavilənin xərcləri üçün istifadə etmək niyyətindədir.

Ələt-Astara avtomagistralının üçüncü bölməsinin tikintisi üzrə layihə (80,6 km-dən 142,7 km-dək) bir müqavilədən ibarətdir. Müqavilə 80,6 km və 142,7 km arasında yerləşən 62,1 km uzunluğunda olan dördtərəfli magistralın tikintisindən ibarətdir.

Layihə çərçivəsində səkilərin, körpülərin və suötürücü boruların, yeni yolların, keçid və dörd yol ayrıcının tikintisi nəzərdə tutulur. Tenderin 2008-ci ilin noyabrında keçirilməsi gözlənilir.

Kvalifiksiyaöncəsi seçim Dünya Bankının məruzəsində göstərilən "BYİB borcları və BİA kreditləri üzrə tədarük" proseduru çərçivəsində keçiriləcək və bütün səlahiyyətli hərrac iştirakçıları üçün açıqdır. İngilis dilində olan kvalifiksiyaöncəsi sənədləşmə maraqlanan iştirakçılar tərəfindən yazılı müraciət veriləndən və 150 AZN ödəniləndən sonra 2008-ci il iyunun 16-da yerli vaxtla 09.00-dan 17.00-dək alına və öyrənilə bilər. Sənədlər göstərilən dövr ərzində kuryerlə göndəriləcək. "Azəryolservis" gecikmiş müraciətlərə görə məsuliyyət daşımır. Ərizələr 2008-ci il 4 avqust (yerli vaxtla) 12.00-dək təqdim olunmalıdır.

Xəbər lenti

Xəbər lenti