...

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi daha bir bərə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2008 15:59 (UTC +04:00)
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi daha bir bərə alıb

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) "Akademik Zərifə Əliyeva" tipli daha bir dəmir yolu bərəsi ələdə edib. Bu barədə cümə axşamı Gəmiçilikdən bildiriblər.

Yeni gəmi "Qarabağ" adını daşıyacaq. İstismara rəsmi başlanma mərasiminin iyulun beşində, ADXDG-nın peşə bayramı ərafəsində keçirilməsi planlaşdırılır; bu il Gəmiçiliyin 15 yaşı tamam olur.

Ötən ilin sonunda Gəmiçilik artıq belə bir bərə əldə edib. Bu bərədə eyni vaxtda 52 vaqon daşımaq mümkündür, bu da Gəmiçliyin balansındakı digər gəmilərin imkanlarından təxminən iki dəfə çoxdur. Uzunluğu 154,5 metr, eni isə 17,5 metr olan gəmi müasir naviqasiya sistemi ilə təchiz olunub və dəmir yolu vaqonlarının daşınması üçün təyin edilib.

Eyni zamanda 52 vaqonun daşınması Xəzərin şərq sahilindən gələn qatarı hissələrə "parçalamamağa" imkan verir ki, bu da daşınmaların iqtisadi cəhətdən əlverişliliyini artırır.

Yeni bərə Xəzər dənizində TRACECA marşrutuna cəlb ediləcək və Bakı-Tbilisi-Qars dəmir yolu əlaqəsinin inkişafına yardım göstərəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti