...

Bakı Banklararası Valyuta Birjası iyulun 4-ə olan ticarət yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2008 21:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 4 iyul tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8097 AZN təşkil edib. Bu barədə birjanın cümə günü yayılan məlumatında bildirilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8085 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 582 984 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8097 AZN təşkil edib.

Beləliklə hər iki sessiyanın nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 720 000 ABŞ dolları və ya 582 984 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 360 000 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,83%, ABŞ dolları üzrə isə illik 15,14% təşkil edib.

Gün ərzində banklar arasında həcmi 500 000 EUR, müddəti 90 gün və faiz dərəcəsi 14,00% təşkil edən əqd qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti