...

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi yeni tanker almaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2008 11:48 (UTC +04:00)
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi yeni tanker almaq niyyətindədir

Azərbaycan, Bakı 05 iyul/ Trend , E.İsmayılov/ Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi bir ay ərzində Rusiyanın "A.M.Qorki adına Zelenodolsk zavodu"ndan (Tatarıstan Respublikası) yeni 12 min ton dedeveytli tanker alacaq, şənbə günü Gəmiçilik İdarəsinin rəhbəri Aydın Bəşirov bildirib.

"Danışıqlar gedir və bu gəmini başqaları da almaq istəyir, lakin Azərbaycan və Tararıstan arasında yaxşı münasibətlər var və onlar gəmini məhz XDG-nə satmaq niyyətindədirlər", - Bəşirov deyib.

Oktyabr-noyabrda Bakıya Rusiyanın "Krasnoe Sormovo" (Nijniy Novqorod ş.) zavodunda istehsal olunan 13 min ton dedeveytli tanker gələcək.

Növbəti il üçün XDG-i "Krasnoe Sormovo" zavodunda 3 min ton dedeveytli daha bir tanker sifariş edib. O, naviqasiyanın açılışı dövründə növbəti ilin aprelin ortalarına və ya sonuna hazır olmalıdır.

Dövlət Xəzər Dəniz Gəmiçiliyi böyük gəmi sahibi olan bir şirkətdir. Əsas fəaliyyət növü neft  və neft məhsullarından ibarət olan yüklərin daşınmasıdır. Gəmilərinin üzdüyü ərazilər Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və Mərmərə dənizidir. Qara dəniz-Azov hövzəsində işləyən Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri xarici icarədarların yüklərinin Avropa, Yaxın Şərq və Şimali Afrika limanlarına daşınmasını həyata keçirir.

Hazırda  Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının tərkibinə yuvarlaşdırılmış dedeveytlə 500 min tona yaxın sayı 86 olan 41 tanker donanması (1 sudaşıyıcı daxil olmaqla), 35 quru yük donanması, 10 yardımçı gəmilərlər daxildir. Donanmanın tərkibində PO-PO tipli universal gəmilər və dəniz dəmir yolu-sərnişin paromları da var.

Xəbər lenti

Xəbər lenti