...

Azərbaycanın İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti mövsümi məhsulların monitorinqini keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2008 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyul/ Trend , müxbir U.İsmayılova/ İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında dondurulmuş məhsulların, sərinləşdirici içkilərin keyfiyyəti və istifadə müddəti üzrə monitorinq keçirir, şənbə günü Dövlət Xidmətindən bildiriblər.

Monitorinqlər gündəlik tələbat mallarının keyfiyyətini və istifadə müddətini müəyyən etmək üçün aparılır.

Dövlət Xidmətindən bildiriblər ki, keyfiyyət və istifadə müddətinə görə yaxşı vəziyyət nisbətən dondurmada müşahidə edilir. Mağazalardan ən çox keyfiyyətin aşağı olması və istifadə müddətinin bitməsi ilə bağlı olan sərinləşdirici içkilər götürülüb.

Gündəlik tələbat bazarında dondurma və sərinləşdirici içkilər üzrə monitorinqlər davam edir. Satışdan götürülən yararsız məhsulların sayı gələn həftə elen ediləcək, Dövlət Xidmətindən bildiriblər.

Xəbər lenti

Xəbər lenti