...

Bakı Banklararası Valyuta Birjası iyulun 18 -nə olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2008 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, iyulun 18 -də USD/AZN ortaölçülü məzənnəsi, hər ABŞ dollarına görə, 0,8043 AZN təşkil edib. Bu barədə Birjanın cümə günü yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasinin açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8043 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 6 486 690 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyanda USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 7 13 029 110 AZN təşkil edib. Gündüz sessiyasinin nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8043 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə 24 250 000 ABŞ dolları və ya 19 515 800 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 2 694 444 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,14%, ABŞ dolları üzrə isə illik 17,00 % təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti