...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2008 18:31 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Azərbaycan, Bakı, 21 iyul/ Trend Cap müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən Azərbaycan Milli Bankı tərəfindən təyin edilən rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına görə 0,80556 manat səviyyəsində müəyyən edilib.

Dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8058 manat səviyyəsində iyulun 17-18-də, minimal məzənnə isə iyunun 15-də (1 ABŞ dollarına görə 0,8051 manat) təyin edilib.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi
7 iyul 0,8101 14 iyul 0,8057
8 iyul 0,8090 15 iyul 0,8051
9 iyul 0,8094 16 iyul 0,8054
10 iyul 0,8085 17 iyul 0,8058
11 iyul 0,8076 18 iyul 0,8058
Həftə ərzində orta 0,80892 Həftə ərzində orta 0,80556

Həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında ticarətin yekunları nəticəsində müəyyən edilən məzənnəsi 0,0011 bənd (0,11 faiz) azalıb. Orta məzənnə, 1 ABŞ dollarına görə 0,80434 manat səviyyəsində müəyyən edilib.

Nəzərdən keçirilən dövr ərzində dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8054 manat səviyyəsində iyulun 17-də, minimum məzənnəsi isə iyulun 16-da (1 ABŞ dollarına görə 0,8036 manat) müəyyən edilib.

Həftə ərzində BEST- də eyni gündə valyutalaşdırılmaqla (T+0) ,əqdlər bağlanıb: iyulun 14 - də 0,8054 AZN/USD məzənnə ilə $5,195 mln., iyulun 15-də - 0,8041AZN/USD məzənnə ilə $3,11 mln., iyulun 16-da - 0,8036AZN/USD məzənnə ilə $9,272 mln., iyulun 17-də - 0,8043 AZN/USD məzənnə ilə $10,33 mln., iyulun 18-də - 0,8043 AZN/USD məzənnə ilə $24,25 mln.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi
7 iyul 0,8101 14 iyul 0,8057
8 iyul 0,8090 15 iyul 0,8051
9 iyul 0,8094 16 iyul 0,8054
10 iyul 0,8085 17 iyul 0,8058
11 iyul 0,8076 18 iyul 0,8058
Həftə ərzində orta 0,80892 Həftə ərzində orta 0,80556
Manatın dollara nisbətdə birja məzənnəsi
7 iyul 0,8096 14 iyul 0,8054
8 iyul 0,8090 15 iyul 0,8041
9 iyul 0,8092 16 iyul 0,8036
10 iyul 0,8085 17 iyul 0,8043
11 iyul 0,8071 18 iyul 0,8043
Həftə ərzində orta 0,80868 Həftə ərzində orta 0,80434

Dilerlər tərəfindən tələbat olmadığı üçün, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb. Banklar tərəfindən BEST-ə RUB/AZN və EUR/AZN alətləri (T+1, T+2) üzrə sifarişlər çıxarılmayıb.

İyulun 15 - də EUR/AZN T+0 aləti üzrə 2 567 000 AZN-ə bərabər həcm qeydə alınıb. Orta ölçülü məzənnə 1 EUR-a görə 1,2832 AZN təşkil edib.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti dəyişməyib və 18 manat təşkil edib.

Özəlləşdirmə çeklərinin müddəti 2010 - cu il yanvarın 1- də başa çatır.

Xəbər lenti

Xəbər lenti