...

Rusiyada əlverişli sərmayə mühiti yaradılmalıdır - Dmitri Medvedyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2008 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul/ Trend , müxbir A.Bədəlova/Rusiyada mükəmməl, əlverişli işgüzar mühit yaradılmalıdır, - cümə axşamı Vesti telekanalı ilə birbaşa yayımlanan kiçik və orta biznesin inkişafına həsr olunmuş iclasda Rusiya prezidenti Dmitri Medvedyev deyib.

"Bizə ölkədə normal sərmayə mühitinin olması lazımdır", - Medvedyev bildirib.

Prezidentin sözlərinə görə, işgüzar mühitin yaradılmasında həm hakimiyyət, həm də hüquq-mühafizə orqanları nümayəndələrinin və biznesmenlərin iştirakı vacibdir.

Medvedyevin dediyinə görə, rusiyalı sahibkarların qarşılaşdığı problemlər hər yerdə eynidir.

"Kommersiya obyektlərində aparılan yoxlamalar və hər növ "basqınlar" camaatı boğaza yığıb", - Medvedyev qeyd edib.

Prezidentin sözlərinə görə, məntiqsizlik dairəsi mövcuddur və nə  qədər  ki, bu dairə qırılmayıb, biznes ibtidai şəraitdə olaraq qalacaq.

"Bir tərəfdən, biznesdən hər növ qeyr-qanuni üsullarla pul qoparırlar, digər tərəfdən isə, biznes özü hüquq-mühafizə orqanlarını korrupsiyaya qurşandırır", - Medvedyev vurğulayıb.

Onun sözlərinə görə, bu gün korrupsiyanın qarşısının alınması üzrə plan işlənib.

Xəbər lenti

Xəbər lenti