Azərbaycan, Bakı, 06 avqust/ Trend / Avqustun 6 -da Bakı Fond Birjasında Milli Bankın 50103119S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 40 000 000 manat, hərraca çıxarılan həcmi - 20 000 000, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın cümə günü yayılan məlumatında bildirilir.
Hərracda 4 sərmayədar iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 6 378 600 manat olub.
Sifarişlər 99.07% (gəlirlik 12.07%) - 99.16% (gəlirlik 10.89%) qiymət intervalında təqdim edilib.
Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.07% (gəlirlik 12.07%) orta ölçülmüş qiymət - 99.10% (gəlirlik 11.68%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 6 378 600 manat təşkil edib.
Notların ödəmə tarixi 03 Sentyabr 2008 -ci ildir.