...

Azərbaycanda ən iri sement zavodunun istehsal gücünün genişləndiriləcəyi tarix müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2008 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr/ Trend , müxbir S.Babayeva, İ.Xəlilova/ їAzərbaycanda ən iri sement istehsalçısı Garadagh Cement ASC cari ilin sonunda və ya 2009 - cu ilin əvvəlində yeni zavodun tikintisinə başlamağı planlaşdırırї, - şirkətin Baş direktoru Xoria Adrian bildirib.

їHazırda biz sement zavodunun istehsal oybketlərinin genişləndirilməsi üçün ərazinin hazırlanması, lisenziya və sertifikatların alınması ilə məşğuluq, - o qeyd edib. ї Artıq zavod ərazisi boyunca mülki obyektlər üzrə tikinti işlərinə başlanılıbї.

Adrianın sözlərinə görə, artıq 2011-ci ildə yeni sobanın yardımı ilə sement istehsalına başlanılacaq.

Garadagh Cement-in əsas səhmdarı olan Holcim Group-un Direktorlar Şurası ötən ilin sentyabrında 300 mln. avro dəyərində ASC- nin zavodunun təkmilləşdirilməsi layihəsini təqdir edib. Sement zavodunun müasirləşdirilməsi və genişləndirilməsi layihəsinin ümumi dəyəri 327 mln. avrodur.

Layihə klinker istehsalı gücünün 0,8 mln. tondan 1,2 mln. tona, hazır sement istehsalının 1,3 mln. tondan 1,7 mln. tonadək artırılması, enerjidən istifadənin 50 faiz azaldılması və ətraf mühitin mühafizəsinə yönəlib. Layihəni iki il ərzində realizə etmək nəzərdə tutulur.

Ölkənin sementə olan illik tələbatı 4 mln. tona bərabərdir. Zavod 2007-ci ildə 1,34 mln. ton sement istehsal edib.

İsveçrənin Holcim şirkəti Garadagh Cement-i 1999 - cu ildə özəlləşdirib. Garadagh Cement-in səhmlərinin 69,4 faizi Holcim-ə, 10 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına, 10 faizi Azərbaycan İnvestisiya Şirkətinə, qalan hissəsi isə (10,6 faiz) kiçik səhmdarlara məxsusdur.

AİŞ 2008 - ci il fevralın 14 - də 13,7 mln. manata 10 faiz səhm almaq barədə saziş imzalayıb. Adrianın sözlərinə görə, İnvestisiya Şirkəti artıq öz iştirak payının haqqını ödəyib. AİŞ Garadagh Cement - də iştirak payını beş-doqquz il müddətinə alır.

Sentyabrın 19-na olan cari mübadilə məzənnəsi -- 0,8133AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capи[email protected]

Xəbər lenti

Xəbər lenti