...

Ekspertlər İranda inflyasiyanın 60 faizədək artması mümkünlüyü barədə xəbərdar edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2008 14:30 (UTC +04:00)
Ekspertlər İranda inflyasiyanın 60 faizədək artması mümkünlüyü barədə xəbərdar edirlər

Azərbaycan, Bakı, 23 sentyabr/ Trend , müxbir T.Cəfərov, D.Xatınoğlu/ İranın əmək nazirliyinin "Tez səmərə verən iş mərkəzləri" planının realizəsi üçün bazara böyük pul axınları yönəltməsi nəticəsində bu ölkədə inflyasiya təxminən iki dəfə arta bilər", - İİR-in Mərkəzi Bankının keçmiş eksperti Bican Bidabad hesab edir.

İranın "Fars" agentliyinin sentyabrın 21- də yaydığı məlumata əsasən, İranın Mərkəzi Bankının sədri Təhmasud Məzahirinin İş və Əmək Nazirliyinin "Tez səmərə verən iş mərkəzləri" planına əlavə vəsait ayırmaqdan imtina etməsinə görə işdən uzaqlaşdırılıb. Bu xəbər sonradan təkzib olunsa da, İran KİV dəfələrlə Mərkəzi Bankının "Tez səmərə verən iş mərkəzləri" planına vəsait ayırmaqdan imtina etməsi ilə əlaqədar hakimiyyətlə münaqişəsinin olmasını qeyd ediblər.

Tehran universitetinin professoru Bidabad hesab edir ki, Mərkəzi Bank İranın ƏMƏK Naziliyinin təzyiqi nəticəsində "Tez səmərə verən iş mərkəzləri" planına lazım olan vəsaiti ayırsa, ehtimal olunur ki, İranda infiliasiyanın səviyyəsi 47 faizdən yuxarı qalxar. Planın realizəsi üçün 22 milyard dollar vəsait ayrılıb və Mərkəzi Bankla hökumət arasında əlavə olaraq 66 milyard dolların ayrılması haqqında mübahisə gedir.

Rəsmi statistikalara əsasən, hazırda ölkədə inflyasiya 27% -i ötüb.

Bidabadın sözlərinə görə, "Tez səmərə verən iş mərkəzləri"-nin gördükləri iş yalnız vəsaiti tanıdıqları insanlara verməkdir, yəni onları işə götürməkdir, ancaq ortada heç bir məhsul istehsal olunmur

"İran iqtisadiyyatı öz işini əsaslı qurmalıdır və ana sənaye üzərində sərmayə yatırmalıdır", - Bidabad Tehrandan telefonla bildirib.

ABŞ - da yaşayan digər iranlı ekspert, Northeastern universitetinin iqtisadiyyat üzrə professoru Kamran Dadxah hesab edir ki, islahatlar aparmaq üçün müəyyən bir proqram, zavodlar açılması, məhsulun istehsalı və bazarda realizəsi lazımdır.

"Mərkəzi Bankın yeni vəsaitlər ayırması səhv addımdır", - Dadxah çərşənbə axşamı Vaşinqtondan telefonla Trend -a bildirib.

Onun sözlərinə görə, belə pulların ayrılması dövlət vəsaitlərinin xərclənməsinə gətirir və artıq ölkədə inflyasiya səviyyəsini 30 faizə çatdırıb. Dadxahın rəyinə görə, əlavə vəsaitlərin ayrılması nəticəsində, inflyasiya İkinci Dünya Müharibəsi dövründəki səviyyəyədək arta və 60 faizə çata bilər.

Iki həftə bundan əvvəl, iş və əmək naziri Məhəmməd Cəhromi prezident Mahmud Əhmədinejada açıq məktubla müraciət edərək, həm Mərkəzi Bankın rəhbərinin, həm də özünün işdən azad edilməsini xahiş edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti