...

Azərbaycan iqtisadi azadlıq reytinqi üzrə mövqeyini yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2008 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend , müxbir N.İsmayılova/Azərbaycan iqtisadi azadlıq reytinqində dörd pillə yüksəlib.

The Fraser Institute-un 2008 - ci il üçün məlumatına görə, Azərbaycan üzrə iqtisadi azadlıq reytinqi  5,73 təşkil edib ki, bu da onu 141 ölkə arasında 118-ci yerə qaldırıb. Ötən il respublika 5,6 iqtisadi azadlıq reytinqi ilə 122-ci yeri tutub.

Bu göstəricidə dövlətin payı 3,64 (renkinqdə 125-ci yer), mülkiyyət hüququnun qorunması - 4,72 (82), monetar məqsədlə mülkiyyət hüququnun qorunması (inflyasiyanın qarşısının alınması üçün) - 7,1 (93), xarici ticarətin liberallaşdırılması 6,58 (78), kredit tənzimləməsi və biznesin inkişafı - 6,9 (43) olub.

Xəbər lenti

Xəbər lenti