...

"USAID", "Chevron Khazar Ltd" və "StatoilHydro" Bakıda "məktəblərdə iqtisadiyyatın tədrisi" layihəsi üzrə memorandum imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2008 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend / Şənbə günü ABŞ - ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), "Chevron Khazar Ltd" və "StatoilHydro" şirkətləri Azərbaycan paytaxtında qarşılıqlı anlaşma memorandumu imzalayacaq. Bu barədə USAID - in cümə günü yayılan məlumatında bildirilir.

Memorandumun imzalanması Azərbaycanın "Junior Achievement Azerbaijan" təşkilatına ölkənin 230 orta məktəbində "məktəblərdə iqtisadiyyatın tədrisi" proqramını reallaşdırmaq imkanı verəcək. Proqram 2008 -2010 - cu illər ərzində reallaşdırılacaq. Proqramda ölkənin orta məktəblərinin 300 müəllimi və minlərlə şagirdi iştirak edəcək.

Qarşılıqlı anlaşma memorandumunun nəzərdə tutduğu "məktəblərdə iqtisadiyyatın tədrisi" proqramı yuxarı siniflər səviyyəsində iqştisadiyyat və biznes təhsilinin aparılmasını təmin edəcək.

Proqram çərçivəsində maliyyə, iş təcrübəsi və sahibkarlıq üzrə treninqlər də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti