...

Azərbaycanın təşəbbüsü ilə enerji sammitinin keçiriləcək yer Bakı yox Brüssel olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2008 03:35 (UTC +04:00)
Azərbaycanın təşəbbüsü ilə enerji sammitinin keçiriləcək yer Bakı yox Brüssel olacaq

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend müxbir R.Novruzov/ Noyabr ayında Bakıda keçirilməsi planlaşdırılan enerji sammiti Azərbaycanın təşəbbüsü ilə Brüssel şəhərində baş tutacaq, cümə günü Trend a Avropa komissiyasının Azərbaycanda nümayəndəliyinin başçısı Alan Vaddams bildirib.

Vaddams bildirib ki, sammit bu ilin noyabr 26-27 keçiriləcək. Sammitdə enerji əməkdaşlıq, enerji dəhlizinin təhlükəsizliyi, Qaradəniz və Xəzərdənizi regionlarında əməkdaşlıq və Avropaya enerjidaşımalarının diversifikasiyası məsələləri müzakirə obyekti olacaq.

Onun sözlərinə görə, Azərbaycan hesab edir ki, sammitin Brüsseldə keçirilməsi siyasi baxımdan daha təhlükəsiz olar.

Vilnusda may ayında Azərbaycan, Polşa, Gürcüstan, Litva və Ukrayna prezidentlərinin iştirakı ilə sammit keçirilmişdir və burada enerji sahəsində əməkdaşlıq barədə kommunikə qəbul edilmişdir.

Sammit iştrakçıları əməkdaşlığın fəallaşması barədə razılıq əldə etmişlər və onu hökümətlərarası sazişlə başlamağa qərar vermişlər, hansı ki, dövlətlərin və şirkətlərin xəzər neftinin Avropa və dünya bazarlarına dəhliz vasitəsi ilə nəqlini təmin edəcək (Odessa-Bordı-Ploçk-Qdansk kəməri).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti